Bakıda evlərdən oğurluq edən köhnə məhkum saxlanılıb
Nərmin Qocamanlı
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binə qəsəbəsində bir evdən 1700 manat pul və 3300 manat dəyərində məişət əşyaları, digər evdən isə 1400 manat dəyərində təmir alətləri və naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Dünyamalı Məmmədov saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.