Menyu

AAYDA sədri Sumqayıt şəhərində vətəndaşlarla görüşəcək

Nərmin Qocamanlı
AAYDA sədri Sumqayıt şəhərində vətəndaşlarla görüşəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov noyabr ayının 24-də Sumqayıt şəhərində vətəndaşlarla görüşəcək.

"Operativ Media" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, qəbul saat 11:00-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Sumqayıt şəhəri və Qubadlı rayonu sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Sumqayıt şəhəri “1 №-li Magistral Yolların İstismarı” MMC-də öncədən qeydiyyatdan keçmələri xahiş olunur. Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər