Menyu

Energetika nazirinin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Nərmin Qocamanlı
Energetika nazirinin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Energetika naziri Pərviz Şahbazovun npyabrın 24-də Sabirabadda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.

Məlumata görə, qəbul noyabrın 30-da saat 11:00-dan başlayaraq Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 95 ünvanında) keçiriləcək. Nazir Sabirabad, Şirvan, Hacıqabul, Saatlı və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, əlaqə telefonu: (050) 225-34-86, elektron poçt ünvanı: [email protected]) və İmişli filialı (əlaqələndirici şəxs İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilər. Həmçinin minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Teqlər:

"Energetika nazirinin Sabirabaddak\u0131 v\u0259t\u0259nda\u015f q\u0259bulunun vaxt\u0131 d\u0259yi\u015fdirilib"

Əlaqəli Xəbərlər