Menyu

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nərmin Qocamanlı
Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, günün ikinci yarısından 24-dək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

"Operativ Media" xəbər verir ki, bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarında isə noyabrın 23-24-də qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 23-də ayrı-ayrı yerlərdə arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.

Teqlər:

"G\u00fccl\u00fc k\u00fcl\u0259k \u0259s\u0259c\u0259k - X\u018fB\u018fRDARLIQ"

Əlaqəli Xəbərlər