Nəsimi rayonunda mənzildən qızıl-zinət əşyaları, sənəd və bank kartı oğurlanıb
Nərmin Qocamanlı
Nəsimi rayonu ərazisində mənzillərin birindən qızıl-zinət əşyaları, sənəd və bank kartının oğurlanması və həmin bank kartından 3000 manat pulun çıxarılması barədə polisə məlumat daxil olub.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Xuduyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma