Muxtar Babayev Şəmkirdə vətəndaşları qəbul edib
Nərmin Qocamanlı
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Nazirlikdən "Operativ Media" verilən məlumata görə, qəbuldan əvvəl nazir və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net