Menyu

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Nərmin Qocamanlı
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli noyabrın 28-də, saat 10:00-da İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Operativ Media"ya bildirilib ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-222-12-92) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər