Zəngilanda mina və silah aşkarlanıb
Nərmin Qocamanlı
Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində silahların və partlamamıṣ vasitələrin aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları rayonun Keçikli kəndi ərazisində xidmətdə olan zaman 5 avtomat, 1 pulemyot, 1 qumabaraatan, 1 snayper tüfəngi, 18 piyada əleyhinə mina aşkar edilib və müvafiq qaydada götürülüb.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net