Qəza törədib qaçan daha bir sürücü aşkar edilərək saxlanılıb
Redaksiya
Bakı-Sumqayıt yolunda "Opel" markalı 99-GC-845 nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınan sürücünün aşkar edilərək məsuliyyətə cəlb edilməsi barədə 44 günlük Vətən müharibəsi iştirakçısı Vəfadar İsmayılov tərəfindən 050-8000-902 whatsapp nömrəsinə daxil olmuş müraciət əsasında Baş DYP İdarəsinin Avtonəqliyyat vasitələrinin axtarışı şöbəsində araşdırma başlanılmışdır.
"Operativ Media" xəbər verir ki, araşdırma zamanı qeyd olunan nəqliyyat vasitəsinin "Ravon" markalı 99-DX-976 nömrə nişanlı avtomobil olduğu və hadisəni törədinin 1995-ci il təvəllüdlü Abbaszadə Röyal Qalib oğlu olduğu aşkar edilmişdir.
Həyata keçirilən tədbirlər nəticəsində Röyal Abbaszadə müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülmüşdür.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net