Menyu

Salyanda həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Nərmin Qocamanlı
Salyanda həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Salyan rayon prokurorluğu məlumat yayıb.

Cari il avqustun 16-da Salyan rayon sakini 1998-ci il təvəllüdlü Günel Quliyevanın öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış olunan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla 1993-cü il təvəllüdlü Qaraş İbrahimovun aralarında yaranmış mübahisə zamanı arvadı Günel Quliyevanı sonuncunun bacısının gözü qarşısında üzərində olan soyuq silah hesab edilən ov bıçağı ilə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qaraş İbrahimova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər:

"Salyanda h\u0259yat yolda\u015f\u0131n\u0131 q\u0259tl\u0259 yetir\u0259n \u015f\u0259xsin m\u0259hk\u0259m\u0259si ba\u015flay\u0131r"

Əlaqəli Xəbərlər