Menyu

Mehdiabad sakini atasından qalan silahı polisə təhvil verib

Nərmin Qocamanlı
Mehdiabad sakini atasından qalan silahı polisə təhvil verib
1 dəq oxu

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

DİN mətbaut xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsinə müraciət edən qəsəbə sakini 1 il əvvəl dünyasını dəyişən atasından qalan ov tüfəngi və 4 ədəd patronu könüllü olaraq bölmə əməkdaşlarına təhvil verib.

 

Əlaqəli Xəbərlər