Menyu

Qarasu çayının sahilindən yivli silah aşkarlanıb

Redaksiya
Qarasu çayının sahilindən yivli silah aşkarlanıb
1 dəq oxu

Zərdab Rayon Polis Şöbəsinə rayonun Qumlu yaşayış massivinin ərazisindən keçən Qarasu çayının sahilindən silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd yivli tüfəng, eləcə də 4 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Əlaqəli Xəbərlər