Menyu

Daşkəsəndə dağ süxurunun qanunsuz daşınması faktı aşkarlanıb

Nərmin Qocamanlı
Daşkəsəndə dağ süxurunun qanunsuz daşınması faktı aşkarlanıb

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yer təkinin istifadə qaydalarının pozulmasına qarşı monitorinq tədbirləri davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin  əməkdaşlarının  keçirdikləri monitorinq zamanı rayonun Əmirvar kəndi ərazisində qanunsuz olaraq Kamaz markalı yük avtomobili ilə  dağ süxurunun daşınması fakt aşkarlanıb. Faktla bağlı sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci ( İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib olunub. 

Bundan başqa şöbə əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional idarəsinin əməkdaşları ilə birlikdə keçirdikləri monitorinq zamanı rayonun Quşçu kəndi qalaqlanmış və yandırılmış məişət tullantıları aşkarlanıb. Faktla ETSN-in əməkdaşları tərəfindən müvafiq sənədləşmə aparılıb.

Teqlər:

"Da\u015fk\u0259s\u0259nd\u0259 da\u011f s\u00fcxurunun qanunsuz da\u015f\u0131nmas\u0131 fakt\u0131 a\u015fkarlan\u0131b"

Fotogalereya

Əlaqəli Xəbərlər