Menyu

Ötən gün polisə təhvil verilən silah-sursatlar açıqlanıb

Nərmin Qocamanlı
Ötən gün polisə təhvil verilən silah-sursatlar açıqlanıb
1 dəq oxu

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, 25-26 noyabr tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 5 ədəd qumbara,  1 ədəd qumbara alışdırıcısı, 1 ədəd fişəng tapançası, 1 patron darağı,  66 ədəd müxtəlif çaplı patron və 29 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə 1 ədəd qumbara, 1 ədəd alışdırıcı, 5 tüfəng, 15 patron və 1 patron qatarı aşkar edilərək götürülüb.

Əlaqəli Xəbərlər