Menyu

Yasamalda maşından oğurluq edən şəxs tutulub

Nərmin Qocamanlı
Yasamalda maşından oğurluq edən şəxs tutulub

Yasamal RPİ 26-cı Polis Bölməsi  əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 17-nə keçən gecə “Chevrolet” markalı avtomobildən 700 manat pul, sənədlər, bank kartı, 800 manat dəyərində qol saatı, 2 ədəd qulaqcıq və dinamik oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Həmidov saxlanılıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Araşdırmalarla onun noyabrın 24-nə keçən gecə “BYD” markalı avtomobildən 200 manat, 100 ABŞ dolları pul və 970 manat dəyərində qulaqcıq oğurlaması da müəyyən olunub.

Teqlər:

"Yasamalda ma\u015f\u0131ndan o\u011furluq ed\u0259n \u015f\u0259xs tutulub"

Əlaqəli Xəbərlər