Menyu

Pərviz Şahbazov dekabrın 1-də Sabirabadda qəbul keçirəcək

Nərmin Qocamanlı
Pərviz Şahbazov dekabrın 1-də Sabirabadda qəbul keçirəcək

Energetika naziri Pərviz Şahbazovun noyabrın 30-da Sabirabadda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

"Operativ Media" Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul dekabrın 1-də saat 11:00-dan başlayaraq Sabirabad rayon Heydər Əliyev Mərkəzində (ünvan: Sabirabad şəhəri, H.Əliyev pr. 95a) keçiriləcək. Nazir Sabirabad, Şirvan, Hacıqabul, Saatlı və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, əlaqə telefonu: (050) 225-34-86, elektron poçt ünvanı: [email protected]) və İmişli filialı (əlaqələndirici şəxs İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər