Menyu

Xaçmaz polisinə bugün 7 ədəd sənədsiz silah təhvil verilib

Nərmin Qocamanlı
Xaçmaz polisinə bugün 7 ədəd sənədsiz silah təhvil verilib
1 dəq oxu

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən 7 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Əlaqəli Xəbərlər