Menyu

Qubada qapalı məkanda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb olunublar

Nərmin Qocamanlı
Qubada qapalı məkanda siqaret çəkənlər inzibati məsuliyyətə cəlb olunublar
1 dəq oxu

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən kafe və restoranlarda keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən şəxslər aşkar olunublar.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinin tələblərini pozan şəxslərin barələrində inzibati tənbeh tədbirləri görülüb.

Əlaqəli Xəbərlər