Menyu

XRİTDX: Erməni hakerlər Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları edirlər

Nərmin Qocamanlı
XRİTDX: Erməni hakerlər Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları edirlər

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları müəyyən edilib.

Dövlət Xidmətindən "Operativ Media"ya bildirilib ki, müxtəlif teatrlara və tamaşalara saxta bilet satışı həyata keçirən veb-saytlar hazırlayaraq, sosial mühəndislik yolu ilə vətəndaşları aldadaraq, onlara məxsus bank kartı məlumatlarının ələ keçirilməsi və pul vəsaitlərinin mənimsənilməsi üçün yeni metoda əl atırlar.

“Vətəndaşları bu cür hallara qarşı ayıq-sayıq olmağa, biletləri yalnız rəsmi satış nöqtələrindən və rəsmi satış veb-saytlarından əldə etməyə çağırırıq”, - deyə açıqlamada qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər