Menyu

Yasamalda ictimai iaşə obyektində yanğın baş verib

Nərmin Qocamanlı
Yasamalda ictimai iaşə obyektində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunda ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Qurumun mətbuat xidmətindən "Operativ Media"ya bildiriblər ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri çağırış üzrə cəlb olunub.

FHN-in qüvvələrinin çevik müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 240 kvadratmetr olan obyektin mətbəxində və havalandırma qurğusunda baş verən yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bir kiçik mətbəx avadanlığı və havalandırma qurğusunda yağ qalıqları yanıb.

Restoran və mənzillər yanğından mühafizə olunub.

Teqlər:

"Yasamalda ictimai ia\u015f\u0259 obyektind\u0259 yan\u011f\u0131n ba\u015f verib"

Əlaqəli Xəbərlər