Menyu

Lənkəranda qanunsuz yolla əldə edilmiş meşə materialları aşkarlanıb

Nərmin Qocamanlı
Lənkəranda qanunsuz yolla əldə edilmiş meşə materialları aşkarlanıb

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin və ETSN-nin Regional İdarəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlərlə Lənkəran rayonunun Qurumba kəndi ərazisində yerləşən E.Əmirova məxsus və qanunsuz fəaliyyət göstərən taxta emalı sexinə keçirilən baxış zamanı qanunsuz yolla əldə edilmiş 5,5m³ həcmində qızılağac cinsli işlik meşə materialı aşkarlanıb.

"Operativ Media" xəbər verir ki, bundan əlavə, rayon ərazisində keçirilən digər tədbirlərlə Ş.Əlizadəyə məxsus “Mercedes” markalı avtomobilin yük yerindən qanunsuz yolla əldə edilmiş 2,5m³ həcmində işlik qızılağac cinsli meşə materialı aşkarlanıb.

Aşkarlanan hər iki faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər