Ağdaşda meşədə ağacları kəsən şəxslər müəyyən olunub
Nərmin Qocamanlı
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Ağzıbir və Yenikənd kəndləri ərazisindəki meşə massivindən yaş qovaq ağaclarının kəsilməsi müəyyən olunub. Polis əməkdaşları tərəfindən həmin şəxs müəyyən olunub və onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net