Menyu

Daşkəsəndə həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır

Nərmin Qocamanlı
Daşkəsəndə həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır

Cari il avqustun 16-da Daşkəsən rayon Güneykənd kənd sakini 1969-cu il təvəllüdlü Məmməd Əmrahovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə istintaq tamamlanıb.
 
Baş Prokurorluqdan "Operativ Media"ya verilən məlumata görə, istintaqla 2005-ci il təvəllüdlü Elnur Quluyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı soyuq silah hesab edilən xəncərlə həmkəndlisi Məmməd Əmrahova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Elnur Quluyevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər