Menyu

Qaxda polis əməkdaşları tərəfindən“Kalaşnikov” avtomatı aşkar edilərək götürülüb

Nərmin Qocamanlı
Qaxda polis əməkdaşları tərəfindən“Kalaşnikov” avtomatı aşkar edilərək götürülüb
1 dəq oxu

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı rayon ərazisindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus sandıqça və 30 ədəd patron aşkar edilərək götürülüb. 

Keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə Qax rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 4 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Əlaqəli Xəbərlər