Menyu

Azərbaycanda biznes layihələr üçün yeni investisiya portal yaradılıb

Nərmin Qocamanlı
Azərbaycanda biznes layihələr üçün yeni investisiya portal yaradılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə investisiya portalı - www.invest.smb.gov.az yaradılıb.

KOBİA-dan "Operativ Media"ya bildirilib ki, portalda müxtəlif investisiya layihələri və biznes ideyalar yerləşdirilib. Biznes layihəsi olan və investor axtaran, mövcud biznesini satmaq istəyən və müxtəlif layihələrə yatırım etmək istəyən investorlar portalın imkanlarından istifadə edə bilərlər. Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən portalda qeydiyyatdan keçməklə müvafiq xidmətlərdən istifadə etmək mümkündür. Portalda məlumat yerləşdirilməsi ödənişsizdir.

Teqlər:

"Az\u0259rbaycanda biznes layih\u0259l\u0259r \u00fc\u00e7\u00fcn yeni investisiya portal yarad\u0131l\u0131b"

Əlaqəli Xəbərlər