Menyu

Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb

Nərmin Qocamanlı
Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ağstafa rayonunda etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış içkilər aşkarlayıb.

 AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsi 25 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Kərimov Rəhim Həsənəli oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı müəssisədə etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış içkilər aşkarlanıb:

- 109 ədəd saxtalaşdırılmış "Banketnaya" əmtəə nişanlı araq məhsulu;

- 606 ədəd etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış limonad məhsulu;

- 621 ədəd etiket məlumatlarında uyğunsuzluq olan “Pinnochio” əmtəə nişanlı limonad məhsulu.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər