Quba polisi xeyli sayda sənədsiz silah-sursatı təhvil götürüb
Nərmin Qocamanlı
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, qeyd olunan tədbirlər zamanı rayon sakini E.Mirzəyev yol kənarından tapdığı 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı, 30 ədəd güllə, 4 ədəd qumbara, 2 ədəd qumbara alışdırıcısı, “PK” pulemyot patronlarını üzərində saxlayan 1 ədəd sep və 1 ədəd patron qutusunu könüllü olaraq Quba RPŞ-ə təqdim edib.
Bundan başqa keçirilən profilaktiki tədbirlərin nəticəsində 1 ədəd ov tüfəngi təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Teqlər:
"Quba polisi xeyli sayda s\u0259n\u0259dsiz silah-sursat\u0131 t\u0259hvil g\u00f6t\u00fcr\u00fcb"