Menyu

Zərdab rayonunda ağacları kəsərək təbiətə ziyan vuran şəxs saxlanılıb

Nərmin Qocamanlı
Zərdab rayonunda ağacları kəsərək təbiətə ziyan vuran şəxs saxlanılıb

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Körpükənd kəndi ərazisində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən həmin kənd sakini Yarış Şəmiyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, qeyd edilən əraziyə keçirilən baxış zamanı sonuncu tərəfindən ümumilikdə 25 ədəd yaş gövdəli ağacın kəsildiyi müəyyən edilib. 

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz olaraq saxlanılan odlu silahların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər zamanı 1 nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Faktlarla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər