Menyu

Nazirlik: 500-dən çox məktəbdə rəqəmsal qiymətləndirmə tətbiq ediləcək

Nərmin Qocamanlı
Nazirlik: 500-dən çox məktəbdə rəqəmsal qiymətləndirmə tətbiq ediləcək

2023–2024-cü tədris ilində ölkə üzrə 500-dən çox ümumi təhsil müəssisəsində böyük summativ qiymətləndirmələr rəqəmsal formada təşkil olunacaq.

Elm və Təhsil Nazirliyindən "Operativ Media"ya bildirilib ki, rəqəmsal məktəbdaxili qiymətləndirmənin həyata keçirildiyi ümumi təhsil müəssisələrinin şəbəkəsi “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq edildiyi məktəblərin qoşulması ilə genişlənir.

Ötən tədris ilində ölkə üzrə “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq edildiyi məktəblərin V-VI siniflərində təhsil alan şagirdlərdən 55 min 840 nəfəri rəqəmsal böyük summativ qiymətləndirmədə iştirak edib.

Xatırladaq ki, məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesinin tətbiqinə 2021–2022-ci tədris ilindən başlanılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər