http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AZAL Pekinə endirimli aviabiletlər təklif edir

30 Noyabr 2023 , 09:41
AZAL Pekinə endirimli aviabiletlər təklif edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərə endirimli tariflərlə aviabiletlər əldə etmək imkanı yaradıb. Belə ki, aviaşirkət Bakı və Pekin arasında həyata keçirilən uçuşlar üçün xüsusi kampaniyaya start verib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, kampaniya çərçivəsində Bakı-Pekin-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 699 manatdan başlayır. Pekin-Bakı-Pekin reyslərinin aviabiletlərini isə 455 ABŞ dollarından başlayan qiymətlərlə əldə etmək mümkündür.

Bu istiqamətlər üzrə endirimli aviabiletlər hər iki tarix daxil olmaqla 2023-cü ilin noyabrın 30-dan dekabrın 14-dək satışda olacaq. Qeyd edək ki, Bakı və Pekin arasında uçuşlar dekabrın 19-dan etibarən həftədə iki dəfə — çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək.

AZAL-ın bu təklifi dünyanın ən maraqlı və heyrətamiz şəhərlərindən birini sərfəli qiymətlərlə ziyarət etmək imkanı yaradır.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu