Menyu

Ağsu sakini paytaxtda bıçaqlanıb

Nərmin Qocamanlı
Ağsu sakini paytaxtda bıçaqlanıb
1 dəq oxu

Noyabrın 29-da saat 23 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Ağsu rayon sakini olan bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə münaqişə zəminində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1996-cı il təvəllüdlü C.Osmanov müəyyən olunaraq saxlanılıb. 

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Əlaqəli Xəbərlər