30 Noyabr 2023, 11:06
Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilir
Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilir şəkil
Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilir

Azərbaycanda ilk dəfə keçirilən “Sənaye Təhlükəsizliyi Zirvəsi” öz işinə başlayıb.

"Operativ Media" xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunaraq Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı, BP Azərbaycan şirkətinin baş sponsorluğu və “Facemark” şirkətinin təşkilati dəstəyi ilə keçirilir.

Zirvə 3 fərqli panel və 15-dək spiker və moderatorun iştirakı ilə “Sabahın çağırışları” şüarı altında öz sahəsinin 450-dən çox rəhbər, idarəçi və qərarverici şəxslərinin iştirakı ilə keçirilir. “Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə özəl və dövlət müəssisələrin nümayəndələri, müvafiq sahənin nazirləri, icraçı direktorlar, şirkət nümayəndələri, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarların iştirakı ilə sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və iş yerində təhlükəsizliklə bağlı məsələlərdə dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və qabaqcıl təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılması hədəflənib.

Son xəbərlər
"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi
Slovakiyanın Baş naziri yaxın günlərdə Ukrayna Prezidenti ilə görüşə bilər
İspaniyada yoldan keçənlərə bıçaqla hücum edən şəxs zərərsizləşdirilib
“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq
BMT-nin baş katibi Livana səfər edib
Məşhur rejissor Devid Linç vəfat edib
NATO: 2 Norveç F-35-i Polşa hava məkanını qorumaq üçün havaya qalxıb
İsrail və HƏMAS hərəkatı arasında atəşkəs sazişi imzalanıb