Menyu

Füzuli rayonunda yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb

Nərmin Qocamanlı
Füzuli rayonunda yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb

 

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə hallarının, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınmasının təmin edilməsi məqsədi ilə tədbir keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Kürdmahmudlu kəndi ərazisində yerin təkindən qeyri-qanuni istifadə halı müəyyən edilib. Qayda pozuntusu ilə əlaqədar bir nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib edilib. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər