Menyu

Göyçay sakinindən qanunsuz saxladığı odlu silah götürülüb

Nərmin Qocamanlı
Göyçay sakinindən qanunsuz saxladığı odlu silah götürülüb

Oğuz rayon sakini sənədsiz ov tüfəngini polisə təhvil verib, Göyçay sakinindən isə qanunsuz saxladığı odlu silah götürülüb
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların götürülməsi və vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması,daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayon sakinindən müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng aşkar edilərək götürülüb. 
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə Xalxal kənd sakini qanunsuz olaraq saxladığı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Teqlər:

"G\u00f6y\u00e7ay sakinind\u0259n qanunsuz saxlad\u0131\u011f\u0131 odlu silah g\u00f6t\u00fcr\u00fcl\u00fcb"

Əlaqəli Xəbərlər