Menyu

Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb saxlanılıb

Nərmin Qocamanlı
Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb saxlanılıb

Goranboy Rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazalardan birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Araşdırmalar zamanı naməlum şəxs və ya şəxslərin gecə saatlarında mağazanın qapısını sındıraraq içəri daxil olması və oradan 100 manat nağd pul və 2911 manat dəyərində müxtəlif satış məhsullarını oğurlaması məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunmuş rayon sakini, Elçibəy Fətullayev maddi sübutların bir qismi ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı RPŞ-nin İstintaq və Təhqiqat Bölməsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

 

Teqlər:

"Goranboyda ma\u011fazadan o\u011furluq etm\u0259kd\u0259 \u015f\u00fcbh\u0259li bilin\u0259n \u015f\u0259xs saxlan\u0131l\u0131b saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər