Menyu

DYP avtomobillərin şüşələrinə yazı yazan şəxslərlə bağlı xəbərdarlıq edib

Nərmin Qocamanlı
DYP avtomobillərin şüşələrinə yazı yazan şəxslərlə bağlı xəbərdarlıq edib

"Təəssüflər olsun ki, cəmiyyətdə haqlı narazılıq doğurduğu üçün ictimai qınaq obyektinə çevrilməsinə və bu səbəbdən DYP tərəfindən dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, hələ də lüzumsuz yazılar və fotolarla avtomobillərinin şüşələrini və ya banını yazı lövhəsinə çevirən sürücülərə rast gəlinir."

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, sürücülər aldığı mükafatların fotoşəkillərini və ya özlərinə aid məlumatları avtomobillərdə nümayiş etdirməklə müəyyən imtiyaza malik olacaqlarını düşünür və ciddi qayda pozuntularına yol verirlər:

"Yolda heç kim hansısa bir imtiyaza malik ola bilməz, yollarda ayrı-seçkilik yaratmaq istəyi sürücü intizamını yox edən hallardandır. Qeyd olunan hallar vətəndaşlarımız tərəfindən də ciddi narazılıqla qarşılanır. Belə ki, son 1 ay ərzində 050-8000-902 whatsapp nömrəsinə bununla bağlı 131 müraciət daxil olub. Bir daha bütün avtomobil sahiblərindən və sürücülərdən avtomobillərinə lüzumsuz yazı və fotoşəkil yapışdırmamağı xahiş edir, bununla bağlı ciddi tədbirlərin görüləcəyi diqqətlərinə çatdırılır".

Teqlər:

"DYP avtomobill\u0259rin \u015f\u00fc\u015f\u0259l\u0259rin\u0259 yaz\u0131 yazan \u015f\u0259xsl\u0259rl\u0259 ba\u011fl\u0131 x\u0259b\u0259rdarl\u0131q edib"

Əlaqəli Xəbərlər