Menyu

Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb

Xəzər rayonu Binə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan ödəmə terminalından 7753 manat oğurlanıb. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Binə qəsəbəsi sakini əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü İlham Rəhmanov saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı bu şəxsin paytaxtın Suraxanı rayonunda da 2 mağazada quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi məlum olub. Saxlanılan zaman həmin şəxsdən oğurladığı maddi vəsaitin bir qismi aşkar olunaraq götürülüb.

İ.Rəhmanov oğurluq yolla əldə etdiyi pulun bir hissəsini şəxsi ehtiyaclarına xərcləyib. Faktlarla bağlı 3-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir. İ.Rəhmanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Teqlər:

"Bak\u0131da \u00f6d\u0259m\u0259 terminallar\u0131ndan o\u011furluq ed\u0259n \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Fotogalereya

Əlaqəli Xəbərlər