Menyu

Xaçmazda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Nərmin Qocamanlı
Xaçmazda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Xaçmaz rayon prokurorluğundan məlumat verilib.

Sentyabrın 15-də Xaçmaz rayonu ərazisində 1967-ci il təvəllüdlü Qərib Rzayevin öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 1996-cı il təvəllüdlü Yalçın Hüseynovun qeyd edilən tarixdə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisindən keçən hissəsində Qərib Rzayevin baş nahiyəsinə yerdən götürdüyü daşla zərbələr vuraraq xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Yalçın Hüseynova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilməklə, barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Teqlər:

"Xa\u00e7mazda q\u0259sd\u0259n adam \u00f6ld\u00fcrm\u0259kd\u0259 t\u0259qsirl\u0259ndiril\u0259n \u015f\u0259xsin m\u0259hk\u0259m\u0259si ba\u015flay\u0131r"

Əlaqəli Xəbərlər