Masallı və Biləsuvar sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.
Nərmin Qocamanlı
Masallı və Biləsuvar sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, pilis əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən profilaktiki tədbirlər nəticəsində Masallı rayon sakinlərindən 5 ədəd, Biləsuvar rayon sakinlərindən isə 4 ədəd müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan ov tüfəngləri aidiyyəti polis şöbələrinin əməkdaşları tərəfindən təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma