Zaqatala sakini xeyli sayda patronu könüllü təhvil verib
Nərmin Qocamanlı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Baş Mühafizə İdarəsinin Zaqatala rayonlararası mühafizə bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində rayon sakini vəfat edən atasından qalan müxtəlif markalı yivli silahlara məxsus 156 ədəd patronu könüllü olaraq polisə təhvil verib. Polis əməkdaşları bu istiqamətdə aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür ediblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net