Menyu

“Kanal 13”ün aparıcısı həbs edilib

Nərmin Qocamanlı
“Kanal 13”ün aparıcısı həbs edilib
1 dəq oxu

"Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı həbs edilib.

"Operativ Media" xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə R.Muradlı 30 sutka inzibati qaydada həbs edilib.

Əlaqəli Xəbərlər