Avtomobillər niyə tez-tez alışır?
"Mühərrikxanası baxımsız olan avtomobilllər tez-tez alışır".
Bunu "Operativ Media" ya açıqlamasında avtomobil ustası Dəniz Ağabəyli deyib.
Ustanın sözlərinə görə, son zamanlarda yollarda avtomobillərin alışması ilə bağlı xəbərlər artmaqdadır. Bəs bu halın baş verməməsi üçün nələrə diqqət etmək lazımdır?
"Ən çox alışma halları 1990-2000 ci illərdə istehsal olunmuş avtomobillərdə olur. Naqilləri həddindən artıq köhnəldiyinə görə quruyurlar. Əlavə işıq avadanlıqları quraşdırdıqda isə bu gərginliyə tab gətirmir.
Avtomobilin içərisinə ambians işıq yığdırıllar, faralarda ledlərdən, ksenon lampalardan istifadə edirlər. Bu isə avtomobilin alışmasına səbəb ola bilir".
Ustanın sözlərinə görə, əslində zavod istehsalçısı nəyi icazə verirsə, onunla da davam etmək lazımdır. Əlavə işıq qoşmaq, faralarda dəyişiklik etmək düzgün deyil. Çünki, bu, avtomobilin alışmağına səbəb olur:
"Avtomobilin işıq sisteminə müdaxilə edilməsə belə, alışma baş verə bilər. Bu nədən irəlir gəlir?! Mühərrikxana baxımsız vəziyyətdə olanda baş verə bilir. Kapotun altından, göstəricilər panelinim altından baş verə bilir. Bu da yenə əlavə avadanlıqlar qoyulduğuna görə olur".