Menyu

Emin Əmrullayev məktəblərə qızılcaya görə tapşırıq verib

Emin Əmrullayev məktəblərə qızılcaya görə tapşırıq verib

Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində dezinfeksiya işlərinin aparılmasına başlanılıb. 

"Operativ Media" xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev tapşırıq verib. 

Tapşırığa əsasən, şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılmasına start verilib. 

Artıq paytaxt və regionlar üzrə dezinfeksiya işləri davam etdirilir. 

Xatırladaq ki, ölkədə son günlər məktəblilər arasında qızılca xəstəliyinə yoluxma halları intensivləşib. Qızılcaya görə Bakıda 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədrisə keçilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər