İran Naxçıvana yeni Baş konsul təyin edib
İran Naxçıvan Muxtar Respublikasına yeni Baş konsul təyin edib.
"Operativ Media" xəbər verir ki, Əziz Mənsuri İranın Naxçıvan Muxtar Respublikasındakı yeni Baş konsulu təyin olunub.
O, bu vəzifədə Seyid Əhməd Hüseynini əvəz edib.
Qeyd edək ki, yeni Baş konsul Təbrizdə Şərqi Azərbaycan valisi ilə görüşüb.
Əziz Mənsuri görüşdə Naxçıvan Muxtar Respublikası ilə münasibətlərə toxunaraq İran və Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etdirilməsində Şərqi Azərbaycan vilayəti ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb.
Vali də öz növbəsində İran-Azərbaycan münasibətlərində Naxçıvanın önəmini vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net