"Azərbaycanın ən parlaq ulduzu" mükafatının qalibləri bəlli olub
Türkiyədə keçirilən “Altın Kelebek” mükafatlandırma gecəsi baş tutub.
"Operativ Media" xəbər verir ki, İstanbulda keçirilən mərasimdə qırmızı xalıya çıxanlar arasında Azərbaycandan aparıcı Kəmalə Piriyeva, müğənni Samirə əfəndi və bloger Nəcibə Əhmədi yer alıb.
Kəmalə və Nəcibə mərasim üçün ağ, Samirə isə qızılı libas seçib. Onlar gecədə “Azərbaycanın ən parlaq ulduzu” mükafatını alıblar. Samirə, Nəcibə və Kəmaləyə mükafatını stilist Anar Ağakişiyev təqdim edib.
Qeyd edək ki, bu günə kimi “Altın kelebek” mükafatını Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, müğənnilər Nahidə Babaşlı, Ayaz Babayev, Nəzrin və aparıcı Turanə Hüseynli olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net