Menyu

Son iki gün ərzində polisə təhvil verilən silah-sursatın sayı açıqlanıb

Nərmin Qocamanlı
Son iki gün ərzində polisə təhvil verilən silah-sursatın sayı açıqlanıb
1 dəq oxu

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, 2-3 dekabr tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2  ədəd avtomat, 3 ədəd qumbara,  1 qumbara alışdırıcısı,  1 patron darağı,  24 ədəd müxtəlif çaplı patron və 14 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə 2 tüfəng aşkar edilərək götürülüb.

Əlaqəli Xəbərlər