Menyu

Bakıda “Nəqliyyatın planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Nərmin Qocamanlı
Bakıda “Nəqliyyatın planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Dekabrın 6-7-də Bakıda “Nəqliyyatın planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Operativ Media"ya bildirilib ki, AYNA, Azərbaycan Texniki Universiteti və Özbəkistanın “Transproyekt” məsləhətçi şirkətinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə ölkəmizlə yanaşı, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın Nəqliyyat nazirliklərinin, şəhər nəqliyyat idarələrinin, elmi və elmi tədqiqat təşkilatlarının nümayəndələri, beynəlxalq məsləhətçi təşkilatların mütəxəssisləri, nəqliyyat sahəsində ictimai və qeyri-kommersiya təşkilatlarının təmsilçiləri, ali təhsil müəssisələrinin müəllim və tələbə heyətləri iştirak edəcəklər.

Konfransda ictimai nəqliyyatın və nəqliyyat modellərinin inkişafı, planlaşdırılması, nəqliyyat sistemlərinin real vaxt rejimində idarə olunması, yol hərəkətinin tənzimlənməsinin optimallaşdırılması kimi mövzularda məruzələr dinləniləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər