Yaşayış komplekslərinin həyətində avtomobilləri düzgün park etməyən sürücülər cərimələnib
Redaksiya
"MİDA" yaşayış kompleksinin sakinləri tərəfindən 050-8000-902 whatsapp nömrəsinə göndərilən çoxsaylı müraciətlər əsasında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qeyd olunan ərazidə nəzarət-profilaktiki tədbirlər həyata keçirilmiş, yol hərəkəti qaydalarını pozaraq avtomobillərini piyada səkilərində saxlayan sürücülər məsuliyyətə cəlb edilmişdir.
Bu barədə "Operativ Media"ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, bir daha bütün sürücülərdən səkilərdə avtomobil saxlayaraq piyadaların hərəkətinə maneə olmamaları, onların həyatı üçün təhlükə yaratmamaları tələb olunur.
Qeyd olunan ərazidə bundan sonra da mütəmadi olaraq belə tədbirlər həyata keçiriləcəkdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net