Neft Daşlarında dalğanın hündürlüyü 2.5 metrə çatıb - FAKTİKİ HAVA
Nərmin Qocamanlı
Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi, Azərbaycanda küləkli hava şəraiti müşahidə olunur.
"Operativ Media" xəbər verir ki, 5 dekabr saat 15:00-a olan məlumata əsasən şimal–qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 23-26 m/s, Gəncədə 24 m/s, Mingəçevirdə 23 m/s, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Goranboy, Naftalanda 19 m/s, Bərdədə 18 m/s, Ağdamda 16m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net