Menyu

Bakıda dəm qazının miqdarı normadan yüksək olub

Nərmin Qocamanlı
Bakıda dəm qazının miqdarı normadan yüksək olub

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı 1.3 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

Teqlər:

"Bak\u0131da d\u0259m qaz\u0131n\u0131n miqdar\u0131 normadan y\u00fcks\u0259k olub"

Əlaqəli Xəbərlər